“Bavariya”nın İngiltərə planı
"Bavariya” yayda
heyəti gücləndirmək niyyətindədir.
Kaspi.az xəbər
verir ki, Münhen nəhəngi cari mövsümdə
Bundesliqada da aşkar favorit hesab olunmur. Bu amili nəzərə alan rəhbərlik
yayda transferə ciddi büdcə ayırmaq niyyətindədir.
"Baraiya” üzünü
İngiltərə Premyer Liqasına tutub. Əsas hədəf "Liverpul”un futbolçusu
Firminodur. Münhen klubu bu futbolçuya görə 88 milyon avro ödəməyə hazırdır.
"Bavariya”
"Siti”də çıxış edən Almaniya yığmasının üzvü Leroy Saneni də heyətə cəlb etməyi
planlaşdırır. Klub rəhbərliyi ona hələ ötən ilin yayında maraq göstərirdi. Amma
Sanenin zədələnməsi danışıqlar prosesini dayandırdı. Hazırda Leroy zədəsini
sağaldıb və formasını bərpa edir.