• cümə, 19 Aprel, 16:58
  • Baku Bakı 25°C

“Bavariya” xəbərdarlıq etdi - Onunla danışıq aparanlar cərimələnəcək

22.06.17 16:00 1104
“Bavariya” xəbərdarlıq etdi - Onunla danışıq aparanlar cərimələnəcək
Son günlər mətbuatda "Bavariya”nın hücumçusu Robert Levandovski barədə söz-söhbət yayılıb.
Kaspi.az xəbər verir ki, Levandovskinin komanda yoldaşlarından incidiyi bildirilir. O, ötən mövsüm Bundesliqanın bombardiri ola bilmədiyinə görə, komanda yoldaşlarını və məşqçilər korpusunu günahlandırıb. Məlumata görə, polşalı hücumçu "Bavariya”dan ayrılmaq istəyir. Məsələ ilə bağlı Münhen nəhənginin rəsmisi mətbuata açıqlama verib:
"Levandovskinin "Bavariya” ilə 2021-ci ilə qədər müqaviləsi var. Bizim klub onunla ayrılmaq məsələsinə əlavə vaxt sərf etmək niyyətində deyil. "Bavariya” Robertin satılması ilə bağlı heç bir klubla danışıq aparmayıb və aparmaq fikrində də deyil.
Əgər hansısa klub uzunmüddətli müqaviləsi olan futbolçu ilə danışıqlar aparmaq fikrinə düşübsə, onlara xəbərdarlıq etməliyik. Onlar risk edirlər, buna görə də FİFA tərəfindən cərimələnə bilərlər”.
Bir müddət əvvəl məlumat yayılmışdı ki, Levandovskiyə "Real” və "Çelsi” maraq göstərir.
banner

Oxşar Xəbərlər