• cümə axşamı, 28 mart, 17:07
  • Baku Bakı 16°C

"Bavariya" Bundesliqada ardıcıl onuncu qələbəsini qazandı

14.06.20 09:30 694
"Bavariya" Bundesliqada ardıcıl onuncu qələbəsini qazandı
Almaniyanın futbol üzrə Bundesliqasının31-ci turunda Münhenin "Bavariya" klubu Münhenqladbahın "Borussiya" klubunu qəbul edib.
Trend-in məlumatına görə, oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolları Coşua Zirke (26-cı dəqiqə), Benjamen Pavar (37-ci dəqiqə, avtoqol) və Leon Qoretska (86-cı dəqiqə) vurublar.
"Bavariya"nın 31-ci turdakı qalibiyyəti Bundesliqada ardıcıl onuncu qələbəsi olub.
Qeyd edək ki, hazırda "Bavariya" 73 xalla turnir cədvəlində birinci yerdə qərarlaşıb.
banner

Oxşar Xəbərlər