AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Başqana qarşı inanılmaz sui-qəsd cəhdi ŞOK

Başqana qarşı inanılmaz sui-qəsd cəhdi ŞOK

Siyasət
21 Yanvar 2013, 10:13 1738
Bolqarıstanın paytaxtı Sofiyada türk partiyası olan Hüquq və Azadlıq Hərəkatının başqanı Əhməd Doğana qarşı silahlı hücum olub. Hadisə Əhməd Doğanın konfransda çıxışı zamanı baş verib.

Gözlənilmədən konfrans zalından partiya liderinə doğru sıçrayan naməlum sui-qəsdçi silahı Doğanın başına tərəf tutsa da, xoşbəxtlikdən silah açılmayıb.

Təhlükəsizlik qüvvələri isə dərhal hücum edən şəxsə müdaxilə edərək onu zərərsizləşdiriblər.

Sofiya polisinin verdiyi məlumata görə, hücumun motivləri hələ ki, müəyyənləşdirilməyib.