• cümə axşamı, 18 aprel, 09:10
  • Baku Bakı 12°C

“Başqa namizəd yoxdur və olmayacaq”

10.07.13 14:25 1368
“Başqa namizəd yoxdur və olmayacaq”

“Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin namizədliyini irəli sürüb. Namizədin dəyişməsindən söhbət gedə bilməz” – partiyanın İdarə Heyətinin üzvü, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov iyulun 10-da “Media forum” saytına belə deyib.
Şöbə müdiri bildirib ki, YAP, hakimiyyət prezident seçkisində dövlət başçısı İlham Əliyevin namizədliyi ilə iştirak edəcək: “YAP və hazırkı hakimiyyət komandası yekdil qərarla Prezident İlham Əliyevin namizədliyini irəli sürüb və birmənalı şəkildə cənab İlham Əliyevin namizədliyini dəstəkləyir. Başqa namizəd yoxdur və olmayacaq”.
Əli Həsənov bəzi partiyaların YAP sədrinin müavini, Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban Əliyevanın namizədliyini irəli sürməsinə də münasibət bildirib: “Ayrı-ayrı partiyaların, təşkilatların, qrupların, insanların hörmətli Mehriban Əliyevanın namizədliyini irəli sürməsi təbiidir. Bu, Mehriban xanıma olan hörmət-izzətin nümunəsi, göstəricisidir. Amma məsələ ondadır ki, bir insanın namizədliyini irəli sürmək üçün mütləq onun razılığını almaq lazımdır. Mehriban xanım belə bir razılıq bildirməyib”.
banner

Oxşar Xəbərlər