• cümə axşamı, 18 aprel, 23:28
  • Baku Bakı 21°C

BASF şirkəti Bakıdakı Beynəlxalq Kimya Olimpiadasının iki qalibini Almaniyaya göndərir

29.07.15 15:10 2524
BASF şirkəti Bakıdakı Beynəlxalq Kimya Olimpiadasının iki qalibini Almaniyaya göndərir
BASF şirkəti M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının bazasında 20-29 iyul tarixlərində keçirilən 47-ci Beynəlxalq Kimya Olimpiadasının sponsoru qismində çıxış edib.
Gələcək nəsildə kimyaya marağın artırılmasına böyük diqqət ayıran BASF şirkəti, ən əhəmiyyətli beynəlxalq müsabiqələrin birindən kənarda qala bilməzdi. Özünün 150 illik yubileyinin qeyd olunduğu ildə BASF bütün dünyada, gələcəyin əsas mövzularına: səmərəli enerji istehlakı, keyfiyyətli qida məhsulları ilə təminat kimi mövzulara həsr olunmuş çoxsaylı tədbirlər keçirir.
BASF Caspian şirkətinin Baş Direktoru Ali İhsan Genç Olimpiada iştirakçılarına öz müraciətində bunları qeyd edib: «47-ci Beynəlxalq Kimya Olimpiadasında iştirak edən bu günkü şagirdlər – bizim gələcəkdəki alimlərimiz, mühəndislərimiz və konstruktorlarımız qlobal çağırışların həllində, o cümlədən planetimizin həyat balansının saxlanmasında, Yer kürəsinin təmiz su, qida və enerji ilə təmin olunmasında, həmçinin iqlim dəyişikliklərinin mənfi nəticələrinin azaldılmasında vacib rol oynayırlar».
BASF şirkəti, Beynəlxalq Kimya Olimpiadasının qalibləri üçün xüsusi mükafat təsis edib. Olimpiadada ən yaxşı nəticə göstərən və bağlanış mərasimindəki püşkatma nəticəsində müəyyən edilən iki qalib BASF şirkətinin Almaniyanın Lüdviqşafen şəhərində yerləşən baş ofisinə səfər edəcəklər. İki günlük proqram çərçivəsində qalibləri dünyanın ən böyük kimya şirkətinin tarixi ilə tanışlıq, istehsal obyektinə səfər, eləcə də biotexnologiya sahəsində fəaliyyət göstərən alimlərlə görüş gözləyir.
Beləliklə, püşkatma nəticəsində qaliblər -akademik Zərifə Əliyeva adına liseyin builki məzunu Sergey Styopin və Türkiyədən Baturalp Yalçın Almaniyaya səfər şansını qazandı.
150 yaşı olan BASF şirkəti mərkəzi Lüdviqshavendə yerləşən dünyanin ən böyük Alman kimya şirkətidir. Onun istehsalına kimyəvilər, plastiklər, ixtisaslaşdırılmış məhsullar, inşaat kimyəvi məhsulları, kənd təsərrüfatı üçün məhsullar, incə orqanik sintez kimyəvi məhsulları, xam neft və təbii qaz daxildir. Kimya sənayesinin bütün sahələrində etibarlı tərəfdaş olan BASF müasir texnologiyalar yaradır və onları yeni bazarlara çıxardaraq istifadə edir. Təbiətin qorunmasını, sosial cavabdehlik və iqtisadi uğurları birləşdirərək, şirkət xoşbəxt gələcəyin inkişafına böyük dəstək olur.
2014-ci ildə BASF şirkətində işləyən işçilərin sayı 113 000 nəfər və 2014-ci il ümumi satışın həcmi 74 milyard Avro təşkil etdi. BASF şirkəti haqqında daha geniş məlumatı www.basf.com internet adresindən öyrənə bilərsiniz.
2006-cı ildən etibarən BASF şirkəti Sumqayıt şəhərinin yaxınlığında öz fabrikasını qurmaqla, Azərbaycanda fəaliyyətdədir. Bütün inşaat sahələrini yüksək keyfiyyətli Alman patentli inşaat kimyəvi məhsulları ilə təmin edir. Şirkət inşaat kimya məhsullarından: beton qatqıları, kafel/metlax yapışdırıcıları, normal və geniş aralıq doldurucuları, təmir materialları, su izolyasiya sistemləri, epoksi və polüretan dam və döşəmə sistemləri və sərtləşdiriciləri, gücləndirmə sistemləri, suvaqaltı astar materialları və digər müasir tikinti materialları istehsal edir.
F.Əliyeva
banner

Oxşar Xəbərlər