Başa düşməlidir ki, müəyyən yaşda istirahət etməlidir, nəinki...
"Yuventus”un
sabiq hücumçusu Nikola Amaruzo Kriştiano Ronaldo barədə danışıb.
Kaspi.az xəbər
verir ki, Amaruzo Ronaldonun əvvəlki kimi effektli olmadığını deyib. Ancaq
bildirib ki, portuqal futbolçu reallığı qəbul etsə, bundan sonra da nəticə verə
bilər:
"Artıq bir aydır
ki, Ronaldo meydanda gəzir. O, daha tullanmır, hətta qapıya da düşə bilmir.
Ağılla götür-qoy
edib, başa düşmək lazımdır ki, müəyyən yaşda istirahət etmək daha vacibdir, nəinki
oynamaq.
Kriştianonu idarə
etmək olduqca çətindir, amma əminəm ki, reallığı qəbul etsə, bundan sonra da nəticə
verə bilər”.
Ronaldo cari
mövsümdə "Yuventus”un heyətində bütün turnirlərdə 16 oyun keçirib, 7 qol vurub,
2 qol ötürməsi edib.