• şənbə, 20 Aprel, 03:30
  • Baku Bakı 15°C

Baş Prokurorluq mənzildə tapılan qadın meyiti ilə bağlı məlumat yayıb

21.06.20 14:07 825
Baş Prokurorluq mənzildə tapılan qadın meyiti ilə bağlı məlumat yayıb
İyunun 20-də saat 21 radələrində paytaxtın Yasamal rayon sakini 1933-cü il təvəllüdlü Yevgeniya Konikovskayanın yaşadığı mənzildə ölməsi barədə məlumat daxil olub.
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Baxış zamanı meyitin bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməyib.
İlkin araşdırmalarla, Yevgeniya Konikovskayanın uzun müddət ürək çatışmazlığı və şəkərli diabet xəstəliyindən əziyyət çəkməsi müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
banner

Oxşar Xəbərlər