AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Baş prokuror:

Baş prokuror: "Ötən il baş verən cinayətlərin 84,3%-nin açılması təmin edilib"

Cəmiyyət
25 Yanvar 2021, 13:07 154
Ötən il digər hüquq mühafizə orqanları ilə birgə fəaliyyətin nəticəsi olaraq əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə qeydə alınmış 26004 cinayətin 84,3%-nin açılması təmin olunub.
 
APA-nın məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev 2020-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında deyib.
 
O bildirib ki,  bu cinayətlərin 94,5%-i prokurorluq və daxili işlər orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər təşkil etmişdir ki, onların da açılma faizi 85,5% təşkil edib.
 
Kamran Əliyev qeyd edib ki, 2019-cu illə müqayisədə daxili işlər və prokurorluq orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qəsdən sağlamlığa az ağır zərər vurma, oğurluq, soyğunçuluq, quldurluq, dələduzluq, mənimsəmə və israf etmə, eləcə də yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin, vəzifə cinayətlərinin sayı azalıb.