• cümə, 29 Mart, 13:37
  • Baku Bakı 14°C

Baş Polis İdarəsi mitinqlə bağlı məlumat yayıb

30.11.19 18:13 680
Baş Polis İdarəsi mitinqlə bağlı məlumat yayıb
Bakı Şəhər Baş Polis İdarəsi Azərbaycan Xalq Hərəkatının keçirdiyi mitinqlə bağlı məlumat yayıb.
İdarənin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, açıqlamada deyilir:
"Noyabrın 30-da özünü Azərbaycan Xalq Hərəkatı adlandıran qurumun paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki "Neftçi" idman klubunun təlim bazasında Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.
Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin qurumun ümumi sayı 450 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.
Mitinq zamanı ictimai asayişin və hüquq qaydasının pozulması halları qeydə alınmayıb".
banner

Oxşar Xəbərlər