• cümə axşamı, 25 aprel, 02:53
  • Baku Bakı 19°C

Baş nazirin müavini: “Hökuməti qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına çalışır”

07.09.17 13:10 927
Baş nazirin müavini: “Hökuməti qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına çalışır”
"Azərbaycan prezidentinin həyata keçirdiyi siyasət məşğulluq məsələsi üzərində də prioritet olaraq qurulub”.APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, baş nazirin müaviniƏli Əhmədov"Formal məşğulluq sosial hüquqların reallaşdırılması şərti kimi” adlı konfransda deyib.

O qeyd edib ki, ölkədə insanların sosial hüquqlarının qorunması vacib məsələdir: "Əsas məsələlərdən biri məşğulluğun təmin edilməsidir. Burada sosial hüquqların qorunması da diqqətdən kənarda qalmamalıdır. Azərbaycanda bu sahədə çox ciddi işlər görülür. Əhalinin məşğulluq problemi tam həllini tapdıqdan sonra məşğulluğun statusu məsələsi həll ediləcək. Azərbaycan hökuməti qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına çalışır. Hökumət bu sahədə ciddi işlər görür. Qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidlə yanaşı, biz insanların daha layiqli işlə təmin olunmasına çalışırıq. Azərbaycanda əhalinin sayı artır, bununla da hər il yeni iş yerləri açılmalıdır. Bu proses davam edir”.
banner

Oxşar Xəbərlər