• cümə, 29 Mart, 10:42
  • Baku Bakı 5°C

Baş nazir hökumətin 2019-ci il üzrə fəaliyyətini Milli Məclisdə videohesabat şəklində təqdim edəcək

08.04.20 15:45 568
Baş nazir hökumətin 2019-ci il üzrə fəaliyyətini Milli Məclisdə videohesabat şəklində təqdim edəcək
Milli Məclisdə Baş nazirin plenar iclasda videohesabatı dinləniləcək.
Bu barədəAPA-ya Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.
O bildirib ki, parlamentin aprelin 9-da keçiriləcək iclasında Baş nazir Əli Əsədovun videohesabatında Nazirlər Kabinetinin 2019-cu il üzrə fəaliyyətini təqdim edəcək.
Videohesabat təqdim olunandan sonra aparılacaq müzakirələr zamanı deputatlar tərəfindən səsləndirilən rəy və təkliflər ümumiləşdirilərək Nazirlər kabinetinə göndəriləcək.
Yaşı 65-i keçmiş deputatların plenar iclasda iştirakına gəlincə, A. Təvəkküloğlu bildirib ki, onlardan xahiş olunub ki, karantin rejiminin qaydalarına əməl olunsun.
banner

Oxşar Xəbərlər