AZE | RUS | ENG |


Baş nazir: "Biz etibarlı tərəfdaş kimi enerji resurslarının Qərb bazarlarına çatdırılmasını təmin edirik"

Baş nazir:
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Batumidə müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı keçirilən konfransda ölkədə həyata keçirilən infrastruktur layihələrdən danışıb.

APA-nın yerli bürosunun məlumatına görə, hökumət başçısı Gürcüstanın fəal olaraq Avropa ölkəsi kimi inkişaf etdiyini deyib: "Eyni zamanda, Avropa və Asiya arasında mərkəz kimi biz effektiv tranzit infrastrukturu inşa edirik və "Bir kəmər-bir yol” təşəbbüsünə dəstək veririk. Bu il Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başa çatır. Bununla yanaşı biz, Qara dəniz sahilində Anaklia limanının inşasına başlayırıq”.

G.Kvirikaşvili qeyd edib ki, Gürcüstan energetika sahəsində etibarlı tərəfdaş olaraq qərb bazarlarına enerji resurslarının çatdırılmasını təmin edir.   





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6654
GBP 1 İngilis funt sterlinqi 2.2846
TRY 1 Türk lirəsi 0.4379
KWD 1 Küveyt dinarı 5.6285
SEK 1 İsveç kronu 0.2014
EUR 1 Avro 2.0032
CHF 1 İsveçrə frankı 1.7194
USD 1 ABŞ dolları 1.7001