AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Baş infeksionist xüsusi karantin rejiminin müddəti barədə danışıb

Baş infeksionist xüsusi karantin rejiminin müddəti barədə danışıb

Cəmiyyət
07 Aprel 2020, 15:08 141
Aprelin 20-dək karantinlə bağlı qoyulan qadağalara əməl edilsə, karantin üçün qoyulan bu müddət kifayət edər.
Bunu Trend-ə Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib.
Onun sözlərinə görə, bu müddət xəstəliyin inkubasion dövrünün 14-20 günə qədər uzanması nəzərə alınmaqla, verilən qərardır:
"Vətəndaşlar könüllü şəkildə bu qadağalara əməl etsələr, onda bu infeksiyanın yayılmasının qarşısı kəskin şəkildə alınar. Çinin 11 milyon əhalisi olan Uhan şəhərində bu qadağalara əməl etməklə epidemiyanın qarşısını aldılar. Biz də karantin qaydalarına ciddi şəkildə əməl etsək, onun qarşısını ala bilərik”.
Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.
Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək xüsusi qaydada tətbiqi ilə bağlı qərar alınıb.