AZE | RUS | ENG |


Baş direktor: "Siyasi çağırışlar TANAP-ın icrasına təsir etmir"

Baş direktor:
"Azərbaycan qazını Avropaya nəql edəcək TANAP layihəsinin tikintisi planlaşdırılandan daha tez davam edir". "APA-Economics" xəbər verir ki, bunu "Al Jazeera" telekanalına müsahibəsində TANAP-ın baş direktoru Saltuk Düzyol bildirib.
 
TANAP-ın davamı olan TAP kəməri ilə Avropaya təbii qazın 2020-ci ildə nəql olunacağını bildirən S.Düzyol qeyd edib ki, siyasi çağırışlar layihələrin icrasına təsir etmir.
 
"TANAP Bakıdan İtaliyaya qədər uzanan 3500 kilometrlik qaz borusu zəncirinin mərkəzi halqasıdır. Biz bunu Cənub Qaz Dəhlizi adlandırırıq və bu layihənin ümumi dəyəri 40 mlrd. dollar təşkil edir. Layihənin uğurlu olması onun komponentlərinin uğurlu olmasına bağlıdır. TANAP mərkəzi halqa olduğu üçün kritik əhəmiyyətə malikdir. TANAP qarşıdakı illərdə Türkiyənin qaza olan tələbatını ödəyəcək. Eyni zamanda layihə uzunmüddətli perspektivdə Azərbaycanın strateji maraqlarına xidmət edəcək. Ümumilikdə, çətinliklər olsa da, inşaat işləri sürətlə davam edir. Əslində, biz işlərimizi çox tez başa çatdırmağı və 2019-cu ilin ortalarında Avropaya qaz nəql etməyi planlaşdırırıq. Lakin bu vaxtadək TAP layihəsinin icra olunacağına inanmırıq. Buna görə, biz 2020-ci ildən etibarən Avropaya qazın nəql olunacağını proqnozlaşdırırıq", - deyə S.Düzyol bildirib.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6957
GBP 1 İngilis funt sterlinqi 2.1978
TRY 1 Türk lirəsi 0.4774
KWD 1 Küveyt dinarı 5.5930
SEK 1 İsveç kronu 0.1926
EUR 1 Avro 1.8495
CHF 1 İsveçrə frankı 1.7116
USD 1 ABŞ dolları 1.7025