AZE | RUS | ENG |


Baş direktor: "Cənub Qaz Dəhlizinin arxasında Qərb dünyası dayanır"

Baş direktor:
"Biz TANAP-ı heç zaman başqa qaz layihələrinə, xüsusilə də Rusiyanın qaz layihələrinə alternativ və ya rəqib olaraq görmədik". "APA-Economics" xəbər verir ki, bunu "Al Jazeera" telekanalına müsahibəsindəTANAP-ın baş direktoru Saltuk Düzyol bildirib.
 
"Hətta Cənub Qaz Dəhlizini də bu cür layihələrə alternativ və ya rəqib olaraq görmürük. Cənub Qaz Dəhlizi tamamlayıcı layihə rolunu oynayır. "Nabucco" layihəsinin fiaskoya uğraması nəticəsində TANAP və TAP layihələri ortaya çıxdı. Cənub-Şərqi Avropa ölkələri Qərbi Avropa ölkələri ilə müqayisədə uzun müddətdir qaz mənbələrini diversifikasiya edə bilmirlər və bu səbəbdən bəzi problemlərlə üzləşirlər. Xüsusilə, əsas qaz tədarükçüsü olan Rusiyanın tranzit ölkələrlə yaşadığı problemlər səbəbindən bəzi ölkələrin qaz təchizatı ciddi təhdidlərlə üz-üzə qalır. Bu baxımdan TANAP sanki bir tamamlayıcı layihə rolunu oynayacaq və burada rəqabətdən söz gedə bilməz. Bu kəmər vasitəsilə Cənub-Şərqi Avropa ölkələrinə 10 mlrd. kubmetr qaz nəql olunacaq ki, bu da TANAP-ın ciddi əhəmiyyətindən xəbər verir. Bundan başqa, Avropaya nəql olunan Rusiya qazı ilə TANAP-ın ötürücülük qabiliyyəti müqayisəolunmazdır", - deyə S.Düzyol qeyd edib.
 
Baş direktorun sözlərinə görə, Cənub Qaz Dəhlizi və onun komponentlərinin arxasında Qərb dayanır: "Bu yaxınlarda Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının üçüncü Nazirlər Görüşü keçirildi. Tədbir iştirakçılarının siyahısında baxanda məlum olur ki, bu layihəyə olduqca böyük maraq var. Cənub Qaz Dəhlizi və onun komponentləri olan layihələrin arxasında Qərb dünyası dayanır. Belə olduğu halda layihənin uğurla başa çatdırılması şansları xeyli artır. Təbii ki, bütün layihələr kimi, bu layihə də siyasi risklərdən sığortalanmayıb. Diqqət edin, bu layihənin hüquqi təməlini təşkil edən anlaşmalar imzalanan zaman bir çox ölkələrin rəhbərləri, baş nazirləri, nazirləri ya imza atdı, ya şahid qismində çıxış etdi, ya da tam dəstəyini ifadə etdi. Çünki bu layihələr hər bir iştirakçı ölkənin siyasətinə və iqtisadiyyatına xeyir verəcək. Başqa sözlə, bu layihələrdən hər kəs qazanacaq. İnanıram ki, dünyanın siyasi gündəmində baş verən ciddi proseslər bu layihələr üçün risk yaratmayacaq. Hətta "soyuq müharibə" dövründə  Rusiya Qərbin qaz təchizatında problem yaratmadı və bunu unutmaq olmaz".





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7079
GBP 1 İngilis funt sterlinqi 2.1926
TRY 1 Türk lirəsi 0.4822
KWD 1 Küveyt dinarı 5.6337
SEK 1 İsveç kronu 0.2093
EUR 1 Avro 1.9963
CHF 1 İsveçrə frankı 1.7687
USD 1 ABŞ dolları 1.7008