“Barselona”lı evləndi - Foto
"Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen evlənib.
Kaspi.az xəbər verir ki, alman qapıçı Danila Yela ilə ailə həyatı
qurub. Onlar artıq 5 ildir ki, tanışdırlar. Nikah mərasimi Barselonada baş
tutub.
Mərasimdə ancaq hər iki tərəfdən şahidlər iştirak ediblər. Toy
mərasimi isə yayda Almaniyada olacaq. Bir müddət əvvəl mətbuatda məlumat
yayılmışdı ki, Ter Şteqen "Barselona” ilə müqaviləni 2022-ci ilə qədərə
uzadacaq.