• şənbə, 20 Aprel, 10:24
  • Baku Bakı 14°C

Barselonada törədilən terrorda 22 ölkənin vətəndaşları zərər çəkib

18.08.17 14:35 855
Barselonada törədilən  terrorda 22 ölkənin vətəndaşları zərər çəkib
İlkin məlumata əsasən, İspaniyanın Barselona şəhərində baş vermiş terror aktı nəticəsində 22 xarici ölkənin vətəndaşları zərər çəkib.
Trend-in xarici mətbuata istinadən vetdiyi məlumata görə, həmin şəxslər Fransa, Almaniya, Niderland, Argentina, Venesuela, Belçika, Peru, Rumıniya, İrlandiya, Kuba, Yunanıstan, Makedoniya, Böyük Britaniya, Avstriya, Pakistan, Kanada, Ekvador, ABŞ, Filippin, Küveyt, Türkiyə və Çin vətəndaşlarıdır.
Bundan əvvəl yerli hakimiyyət 18 dövlətin vətəndaşlarının zərər çəkdiyini bildirirdi.
Qeyd edək ki, ötən gün axşam saatlarında İspaniyanın Barselona şəhərində terrorçu mikroavtobusu insanların üzərinə sürüb. Hadisə şəhərin mərkəzində, Rambla küçəsində qeydə alınıb.
Terror aktı nəticəsində 13 nəfər ölüb, xəsarət alanların sayı 119 nəfərə çatıb.
banner

Oxşar Xəbərlər