• cümə axşamı, 28 mart, 12:34
  • Baku Bakı 16°C

“Barsa”ya məğlub oldular, çempionatdan çıxdılar

03.04.17 10:48 703
“Barsa”ya məğlub oldular, çempionatdan çıxdılar
İspaniyanın 3-cü divizionunda çıxış edən "Eldense” klubu çempionatda iştirakını dayandırıb.
Kaspi.az xəbər verir ki, klub rəhbərliyi bu addımı "Barselona B” komandasına məğlubiyyətdən sonra qəbul edib. "Eldense” 32-ci turda "Barselona B” komandasına 0:12 hesabı ilə məğlub olmuşdu.
Klubun məsələ ilə bağlı yaydığı bəyanatda bildirilir ki, rəhbərlik birinci komandanın idman yarışlarında iştirakını məqbul hesab etmir. Klub italyan investorlarla da əməkdaşlığa son qoyub. İtalyanlarla bu ilin fevral ayından əməkdaşlıq edilirdi.
"Eldense” 32 turdan sonra cəmisi 14 xal toplayaraq, turnir cədvəlinin sonuncu pilləsində qərarlaşmışdı.
banner

Oxşar Xəbərlər