• cümə, 26 Aprel, 00:15
  • Baku Bakı 16°C

“Barsa”ya keçməyə hazırlaşır, qohumları artıq Kataloniyadadır

18.03.20 12:07 1270
“Barsa”ya keçməyə hazırlaşır, qohumları artıq Kataloniyadadır
"Arsenal”ın futbolçusu Pyer-Emerik Obameyanq karyerasını "Barselona”da davam etdirə bilər.
Kaspi.az xəbər verir ki, "Barselona” rəhbərliyi Obameyanqı hələ qışda transfer etmək istəyiblər. amma həmin vaxt "Arsenal” onların istəyini geri çevirib.
Məlumata görə, "Arsenal” rəhbərliyi qabonlu futbolçunu yayda satmaq niyyətindədir. Klub rəhbərliyi onun komandanı azad agent kimi tərk etmək ehtimalını nəzərə alıb Obameyanqın satışından pul qazanmaq niyyətindədir.
Məlumata görə, Obameyanqın yaxınları onun "Barselona”ya keçəcəyinə əmindirlər. Futbolçunun yaxın qohumlarının artıq Kataloniyada olduğu bildirilir.
banner

Oxşar Xəbərlər