• cümə axşamı, 28 mart, 21:43
  • Baku Bakı 13°C

“Barsa”nın “qatil”i müqaviləni uzatdı

13.04.17 15:45 845
“Barsa”nın “qatil”i müqaviləni uzatdı
"Yuventus”un hücumçusu Paulo Dibala klubu ilə müqaviləni uzadıb.
Kaspi.az xəbər verir ki, Dibalanın yeni müqaviləsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub. Tərəflər yeni müqavilə barədə rəsmi açıqlamanı yaxın günlərdə verəcəklər.
Bir müddət əvvəl məlumat yayılmışdı ki, Dibala yeni müqavilə bağladıqdan sonra "Yuventus”da Qonsal İquaindən sonra ən ödənişli futbolçu olacaq. İquainin illik məvacibi 7,5 milyon avrodur.
Dibala "Yuventus”a 2015-ci ildə 32 milyon avro qarşılığında "Parma”dan keçib. Onun qüvvədə olan müqaviləsi 2020-ci ilin yayına qədər nəzərdə tutulub. Hücumçunun illik məvacibi 3 milyon avrodur.
banner

Oxşar Xəbərlər