• cümə axşamı, 28 mart, 13:07
  • Baku Bakı 16°C

“Barsa”nın problemi onu maraqlandırmır

18.08.17 13:00 1587
“Barsa”nın problemi onu maraqlandırmır
"Liverpul”un baş məşqçisi Yurgen Klopp Filippe Koutino ətrafında yaşanan ajiotaja münasibət bildirib.
"Barselona” nəyin bahasına olursa-olsun Koutinonu transfer etməyə çalışır. Kaspi.az xəbər verir ki, Klopp "Barselona”nın problemlərinin onu maraqlandırmadığını, "Liverpul”un isə böyük hədəflərinin olduğunu deyib:
"Heç olmasa bir dəqiqə təsəvvür edin ki, "Barselona”nın problemləri məni qətiyyən maraqlandırmır. Futbolçularımla nə danışdığımı isə publikaya açıqlamaq məcburiyyətində deyiləm.
Amma inanıram ki, siz, "Liverpul”un hər bir futbolçu üçün yaxşı komanda olduğunu qəbul edərsiniz. Bizdə gənc və təcrübəli futbolçuların əla tandemi yaranıb. Ötən mövsüm etdiklərimizdən sonra indi bizdən daha çox şey gözləyirlər”.
"Barselona” Koutino üçün 130 milyon avro təklif etsə də, "Liverpul” rədd cavabı verib.
banner

Oxşar Xəbərlər