• cümə axşamı, 25 aprel, 16:16
  • Baku Bakı 23°C

“Barsa”nın prezidenti inqilab olacağına inanır

28.07.17 11:10 1156
“Barsa”nın prezidenti inqilab olacağına inanır
"Barselona”nın prezidenti Xosep Mariya Bartomeu növbəti mövsümdə komandadan gözlədiyi oyun planı barədə danışıb.
Kaspi.az xəbər verir ki, Bartomeu "Barsa”nın oyun planında kiçik inqilaba ümid etdiyini deyib. O, yeni baş məşqçi Ernesto Valverdenin "Barsa”nı rəqiblər üçün qarşısıalınmaz kluba çevirəcəyini güman etdiyini vurğulayıb:
"Son iki ildə rəqiblər "Barselona”nın oyun stilini çox öyrəniblər və bizə qarşı necə oynamaq lazım olduğunu bilirlər. Bəlkə də elə bu səbəbdən biz ötən mövsüm hər şeyi qazana bilmədik.
Heyətimizdə çox güclü futbolçular var. Ona görə də Valverde yeni ideyalar tətbiq edə, kiçik inqilab törədə bilər. Özümüzün zəif cəhətlərimizi bilirik və onun üzərində işləyəcəyik. Ümid edirəm ki, rəqiblər üçün qarşısıalınmaz komanda olacağıq”.
banner

Oxşar Xəbərlər