“Barsa”nın istədiyi futbolçunu məşqdən qovdular
Dortmund "Borussiya”sının hücumçusu Usman Dembele məşqə buraxılmayıb.
Kaspi.az xəbər verir ki, buna səbəb futbolçunun avqustun 10-da
keçirilən məşğələni buraxması olub. Bu barədə məlumatı klubun mətbuat xidməti
yayıb.
20 yaşlı Dembele avqustun 10-da məşqə və məşğələyə gəlməmiş, onunla
telefon əlaqəsi saxlamaq da mümkün olmamışdı. Mətbuat futbolçunun bu hərəkətini
"Barselona”nın ona maraq göstərməsi ilə əlaqələndirir.
"Barsa” futbolçu üçün təklif göndərsə də, "Borussiya” onu satmaqdan
imtina etmişdi. Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, futbolçu
komandanın yaxın zamanlarda keçirəcəyi oyunlarda da iştirak etməyəcək.