“Barsa”da onunla çox pis davranıblar

“Barsa”da onunla çox pis davranıblar

İdman
16 Sentyabr 2019, 11:48 141
Dortmund "Borussiya”sının futbolçusu Pako Alkaser sabiq klubu "Barselona”ilə ÇL-in qrup mərhələsində keçiriləcək oyun barədə danışıb. 
 
Kaspi.az xəbər verir ki, Alkaser qol vuracağı təqdirdə, sevinib-sevinməyəcəyini qətiləşdirmədiyini bildirib. O, "Barsq”da hamının ona hörmətlə yanaşmadığını da etiraf edib: 
 
"Qol vurandan sonra sevinəcəyimə əmin deyiləm. Bunun əsas səbəbi sabiq klubuma olan hörmətdir. Ancaq qol vurduqdan sonra sevinci gizlətmək də çox çətindir. 
 
"Barselona”da olarkən mənimlə yaxşı rəftar edənlərə böyük hörmət bəsləyirəm. Ancaq orda bəziləri mənimlə çox pis rəftar ediblər. 
 
Kimlərsə özlərini olduqca dəhşətli tərzdə aparırdılar. Vacib amil o idi ki, mənə inandıqlarını hiss edim. Ancaq bəzi şəxslər bunun əksini edirdilər”. 
 
"Borussiya” – "Barselona” qarşılaşması sentyabrın 17-də Dortmundda keçiriləcək.