• çərşənbə axşamı, 23 aprel, 23:26
  • Baku Bakı 20°C

“Barsa” onunla razılaşdı, qaldı “Liverpul”

26.07.17 12:10 1032
“Barsa” onunla razılaşdı, qaldı “Liverpul”
"Barselona” "Liverpul”un yarımmüdafiəçisi Filippe Koutinonu transfer etməkdə israrlıdı.
Kaspi.az xəbər verir ki, artıq tərəflər arasında danışıqlar başa çatıb. "Barselona” futbolçu ilə müqavilənin bütün şərtlərini razılaşdırıb.
Məlumata görə, İspaniya nəhəngi "Liverpul”la danışıqlara başlayıb. Futbolçunun transfer qiyməti 45 milyon avro dəyərləndirilir.
Koutino "Liverpul”a 2013-cü ildə "İnter”dən gəlib. 25 yaşlı futbolçu "Liverpul”un heyətində 181 oyun keçirib, 42 qol vurub, 37 qol ötürməsi edib.
banner

Oxşar Xəbərlər