“Barsa” onunla maliyyə məsələsində dil tapdı
Mark-Andre ter
Şteqen "Barselona” ilə yeni müqavilə bağlaya bilər.
Kaspi.az xəbər
verir ki, Şteqen məvacibinin artırılmasını tələb edirdi. O, yeni müqavilədə ilə
15 milyon avro məvacib tələb edirdi.
Ancaq
"Barselona” rəhbərliyi onun bu tələbini yerinə yetirə bilmək iqtidarında
olmadığını bildirmişdi. Məlumata görə, tərəflər maliyyə məsələsində razılıq əldə
ediblər.
Alman qapıçı ilə
müqavilə 2024-cü ilə qədər uzadılacaq. Şteqenin illik məvacibi isə 6,3 milyon
avro olacaq. Amma qapıçı, əlavə olaraq bonuslar da alacaq.
Mark-Andre ter
Şteqen "Barselona”da 2014-cü ildən çıxış edir. Onun qüvvədə olan müqaviləsi
2022-ci ilin yayına qədər nəzərdə tutulub.