• cümə, 29 Mart, 03:58
  • Baku Bakı 7°C

“Barsa” onu buraxmaq üçün 3 tələb irəli sürdü

13.12.17 13:15 2697
“Barsa” onu buraxmaq üçün 3 tələb irəli sürdü
Son vaxtlar ehtiyatda qalan Xavyer Maskerano "Barselona”nı tərk etmək niyyətindədir.
O, qış transfer pəncərəsi zamanı başqa komandaya keçmək istədiyini dəfələrlə bildirib. Kaspi.az xəbər verir ki, "Barselona” rəhbərliyi argentinalı müdafiəçini buraxmaq üçün 3 tələb irəli sürüb.
Birinci tələb ondan ibarətdir ki, Maskerano yalnız Samuel Yumtitinin sağalmasını gözləməlidir. İkinci tələb odu ki, "Barsa” ona əvəz tapmalıdır. Üçüncü tələb isə Maskerano üçün verilən kompensasiyadır. Çin klublarından biri müdafiəçi üçün 5-6 milyon avro ödəmək istəyir.
"Barselona” rəhbərliyi isə ən azı 10 milyon avro tələb edir. Maskeranonun "Barselona” ilə müqaviləsi 2019-cu ilin yayına qədər qüvvədədir.
banner

Oxşar Xəbərlər