• cümə, 29 Mart, 15:34
  • Baku Bakı 14°C

“Barmağım sınan günün səhəri gipsi çıxarıb konsertə getdim” – Məktəb illəri

22.06.19 13:30 4615
“Barmağım sınan günün səhəri gipsi çıxarıb konsertə getdim” – Məktəb illəri
Məktəb illəri ömrün ən şirin, qayğısız illərinə təsadüf edir. Ona görə o illərdən danışanda hər kəsin danışmağa sözü, xatirəsi çox olur. Aktrisa Səbinə Məmmədovanın da o illərdən xatirəsi çoxdur, bu dəfə onlardan birini bizimlə bölüşdü:"BakıXoreoqrafiyaAkademiyasında oxuyurdum. Bədi rəhbərimiz xalq artisti Yusif Qasımovun sevimli tələbələrindən idim. Onun öz ansamblı var idi, dərsdən sonra o ansamblda məşq edirdik. Hər ilin axırı hesabat konserti verirdik, konsertlərdə, dövlət tədbirlərində iştirak edirdik. Bir dəfə Yusif müəllimin 60 illik yubileyinə hazırlaşırdıq, məşqlər gedirdi. "Şəki” rəqsi ifa edirdik. Orda kiçik bir hərəkət var ki, ayağını qaldırıb sonra yerə vurursan. Məni sevməyən bir sinif yoldaşım qız var idi. Oynadığımız yerdə bu qız əlimi tutub möhkəm saxladı. Biz hündürdaban geyinmişdik, elə oldu ki, əlim dartıldı özümü tarazlaya bilmədim, əl barmağım sındı. Amma o, bunu qəsdən etməmişdi. Bəlkə də qəsdən etmişdi bilmirəm (gülür). Sınıqçıya getdik, dedi ki, 5 gün gipsdə qalmalıdır. Dedim ki, konsert var, yenə də gipsi çıxarmamağı tapşırdı. Amma bir gün gipsdə qaldı. Yusif müəllim çox tələbkar idi, dedi ki, sən birinci sırada oynayırsan, necə olacaq? Dedim ki, narahat olmayın, mən səhnəyə çıxacağam. Barmağım sınan günün səhərisi gipsi çıxardım və konsertə getdim. Konsertin səhəri gün yenidən barmağımı gipsə saldım. Amma barmağım əyri bitişdi”.
banner

Oxşar Xəbərlər