• cümə, 19 Aprel, 22:18
  • Baku Bakı 24°C

Barak Obama: “Rusiyaya Ukraynanın suverenliyinə təcavüz etdiyi üçün sanksiyalar tətbiq edilib”

19.01.17 09:15 829
Barak Obama: “Rusiyaya Ukraynanın suverenliyinə təcavüz etdiyi üçün sanksiyalar tətbiq edilib”
Rusiyaya qarşı məhdudiyyət tədbirləri rəsmi Moskvanın Ukraynanın suverenliyinə təcavüz etdiyi üçün tətbiq edilib.
APA-nın məlumatına görə, bu barədəBarak ObamaABŞ prezidenti qismində keçirdiyi son mətbuat konfransında deyib.
Bununla belə, Obama Rusiya ilə konstruktiv münasibətlərin tərəfdarı olduğunu bildirib: "Düşünürəm ki, ABŞ və bütün dünya Rusiya ilə konstruktiv münasibətlərdə maraqlıdır. Ümid edirəm ki, gələcəkdə Rusiya ilə Ukrayna arasında da möhkəm əlaqələri bərpa etmək mümkün olacaq. İki ölkənin tarixən geniş mədəni və sosial bağları var”.
Obama həmçinin deyib ki, prezidentliyi dövründə Rusiyanın dünya birliyinin mühüm üzvü olmasına cəhd edib: "LakinVladimir Putinhakimiyyətə yenidən qayıtdıqdan sonra Rusiya ABŞ-a qarşı qərəzli münasibət nümayiş etdirməyə başladı”.
Çıxışı zamanıBarak ObamaABŞ-ın yeni seçilən prezidenti Donald Trampı Rusiyanı nüvə silahlarının məhdudlaşdırılmasına inandırmağa çağırıb.
banner

Oxşar Xəbərlər