• çərşənbə axşamı, 16 aprel, 10:28
  • Baku Bakı 14°C

Barak Obama müsəlmanları təbrik edib

09.07.13 07:33 1289
Barak Obama müsəlmanları təbrik edib
«Ramazan müsəlmanlar üçün dərin düşüncələr, inam və möminlik dövrüdür. Bu, həmçinin, ailələr və dostlar üçün birgə yığışmaq və müxtəlif dinlərdən olan insanları birləşdirən ədalət, bərabərlik və bir-birinə şəfqət prinsiplərinə ehtiramını bildirmək imkanıdır. Bu əlaqələr bizi çox tez-tez ayıran fərqlilikdən xeyli möhkəmdir», deyə Obama bildirib.
Onun sözlərinə görə, amerikalı müsəlmanlar hökumətdə, elm, biznes və xeyriyyəçilik sahələrində işləyərək ölkənin inkişafına öz töhfələrini verirlər.
Obama qeyd edib ki, ötən 4 il ərzində olduğu kimi, bu il də bir qrup müsəlmanı Ağ Evdə iftar süfrəsinə dəvət edəcək.
ABŞ prezidenti Yaxın Şərq və Afrika müsəlmanlarını əmin edib ki, Vaşinqton onların ölkələrində demokratik dəyişikliklər üçün fəaliyyət göstərəcək.
banner

Oxşar Xəbərlər