• cümə axşamı, 28 mart, 21:04
  • Baku Bakı 13°C

Banqladeş vətəndaşı Nyu-Yorkda partlayış törədib, 4 nəfər yaralanıb

11.12.17 18:36 2843
Banqladeş vətəndaşı Nyu-Yorkda partlayış törədib, 4 nəfər yaralanıb
Nyu-Yorkda partlayış nəticəsində xəsarət alanların sayı 4 nəfərə çatıb.

APA-nın "The Telegraph”-a istinadən verdiyi xəbərə görə, partlayışı törədən şəxs 27 yaşlı Banqladeş vətəndaşı olub. O 7 ildir, ABŞ-da yaşayırmış.

Partlayışın İŞİD terror təşkilatı tərəfindən törədildiyi təxmin edilir.


***

17.44

Nyu-Yorkda, Manhettendəki avtobus terminalında partlayış baş verib.

APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, Nyu-York polisi terminaldakı A, C və E xətlərindən insanları təxliyyə edib. Bəzi mənbələrə əsasən əldədüzəltmə bombanın partlaması nəticəsində 1 nəfər yaralanıb. Şahidlər həmin ərazidə 2 dəfə partlayış səsinin eşidildiyini bildiriblər.

Hadisə ilə bağlı bir nəfərin saxlandığı deyilir.

Saat: 17:14

***

ABŞ-ın Nyu-York şəhərində, Manhettendə partlayış baş verib.

APA-nın xəbərinə görə, bu barədə Nyu-York polisi öz "Twitter” səhifəsində qeyd edib.

Hadisənin avtobus dayanacağında baş verdiyi bildirilir. Başqa detallar barədə hələlik heç bir məlumat verilmir.
banner

Oxşar Xəbərlər