• cümə axşamı, 25 aprel, 20:15
  • Baku Bakı 21°C

Banner açıldı, futbolçular diz çökdülər

23.06.20 12:07 805
Banner açıldı, futbolçular diz çökdülər
İngiltərə Premyer Liqasının 30-cu turunda keçirilən "Mançester Siti” – "Bernli” oyununda (5:0) arenanın üzərində banner açılıb.
Kaspi.az xəbər verir ki, banner təyyarədən açılıb. Əvvəlcə stadionun üzərindən uçan təyyarədən "Qaraların həyatı vacibdir” şüarı görünüb. Bu vaxt futbolçular meydanda dizi üstə çöküblər.
Daha sonra isə təyyarədən "Ağların həyatı vacibdir” banneri açılıb. Qeyd edək ki, mayın 25-də ABŞ-da polis qaradərili Corc Floydu öldürüb. Bundan sonra həm ABŞ-da, həm də dünyanın digər ölkələrində irqçiliyə qarşı etiraz nümayişləri başlayıb.
banner

Oxşar Xəbərlər