• çərşənbə, 24 Aprel, 06:02
  • Baku Bakı 13°C

Bankları bağlamaq nə dərəcədə məqsədəuyğundur?

02.05.20 19:21 691
Bankları bağlamaq nə dərəcədə məqsədəuyğundur?
Azərbaycan Mərkəzi Bankı (AMB) "AGBank” və "NBCBank” ASC-ləri müvəqqəti olaraq idarəetmədə saxlayaraq, "AtaBank” və "Amrah Bank”ın lisenziyalarını ləğv etdiyi bəllidir. Əslində, burda qeyri-adi heç nə yoxdur. Bank sektorunu sağlamlaşdırmaq məqsədilə qeyri-likvid, depozitlər üzrə öhdəlikləri yerinə yetirə bilməyən, kapital çatışmazlığı ilə üzləşən bankları ləğv etmək tələb olunan şərtlərdəndir.
Ölkəmizin bank sistemində isə belə vəziyyətdə və buna yaxın olan bankların sayı kifayət qədərdir. Çünki sektor uzun müddətdir böhran içindədir.
Sözüm bunda deyil. Əvvəla, bütün qeyd olunanlara rəğmən AMB İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarı ilə birdən-birə sayca4banka müvəqqəti inzibatçıların təyin edilməsi başa düşülən olmadı. O səbəbdən ki, AMB sədri Elman Rüstəmov cari ilin birinci rübünün sosial-iqtisadi yekunlarına dair videokonfrans şəklində keçirilən müşavirədə dövlət başçısına məruzə etmişdi ki, Mərkəzi Bank tərəfindən banklara lazımi dəstək verilir və ilin əvvəlindən bəri bank sektoruna627milyon manat səviyyəsində yardım həyata keçirilib.
Sual olunur, görəsən bunun nəticəsidirmi ki, birdən-birə4banka müvəqqəti inzibatçılar təyin olundu?!
Düzdür, AMB sədri E. Rüstəmov əlavə etmişdi ki, bunun başlıca istiqamətləri ipoteka sisteminin dəstəklənməsi, qiymətli kağızlar bazarına, Beynəlxalq Bank, sistem xarakterli banka dəstəkdir...
Yeri gəmişkən, ölkədə30bank fəailiyyət göstərirdi. Və2015-2016-cı ildəki böhrandan sonra11-dən çoxu bağlanmışdı.Bu proses davam edəcəkdi, sadəcə olaraq, bağlanılan banklarla əlaqədar hökumətin və dövlətin üzləşdiyi problemlər və çətinliklər digər bankların ləğvi prosesini dayandırdı.
Çünki başqa əlac yox idi. Təkcə, Beynəlxalq Bank (ABB) dövlətə nə qədər problem yaratdı. Hökumət adı çəkilən bankın xarici öhdəlikləri qarşısında bütün cavabdehliyi üzərinə götürməklə bir növ bank və o cümlədən ölkəmizin maliyyə sektorunu nüfuzdan düşməkdən qorudu. Belə ki, ABB sistem əhəmiyyətli bank olduğundan başqa çarə də yox idi. Və odur ki, hökumət lazım olanı etdi.
Məsələ bundadır ki,2015-2016-cı ildəki böhrandan sonra ölkə iqtisadiyyatı2017-ci ildən etibarən bərpa olunmağa başlasa da, bank sektoru keçən ilə qədər yenə, iflic vəziyyətində qalırdı. Və yalnız, dövlət başçımızın təşəbbüsü və birbaşa müdaxiləsi yolu ilə problemli kreditlər məsələsi həllini tapdıqdan sonra banklar özlərinə gəlməyə başladı ki, bu da bir növ koma vəziyyətindən çıxmağa bənzədi.
Odur ki, keçən ilin sonuna ölkənin bank sektorunda vəziyyətin normallaşdığını desəm, səhv edərəm. Yox əgər, "2015-2016-ci illərdə dünya bazarlarında neftin ucuzlaşması səbəbindən ölkə iqtisadiyyatına dəyən zərbə nəticəsində düşdüyü vəziyyətdədir” desəm, yenə yanılaram.
"Vəziyyət sağlam deyil” desəm, daha düzgün olar.
Bəli, bank sistemində real vəziyyət2015-2016-ci illərdə dünya bazarlarında neftin qiymətinin düşməsi nəticəsində ölkə iqtisadiyyatına dəyən zərbədən sonra yaranmış durumda deyil və həmin vəziyyətdə sayıla da bilməz.
Lakin, ölkədə hökumətin qarşıya qoyduğu qeyri-neft sektorunu inkişaf etdirmək və bu sahədən ixracı artırmaq tələblərinə, məqsədinə də uyğun deyil. Çünki sözügedən tələbə və məqsədə cavab vermək üçün gərək, bank sektoru qeyri-neft sektorunu maliyyələşdirsin. Sektorun real vəziyyəti isə buna imkan vermir.
Problem, bax, məhz bundadır.
Bu baxımdan da aydın deyil ki, AMB bankları sağlamlaşdırmaq üçün nədən kompleks tədbirlər həyata keçirmir? Sual olunur, sistem banka dəstək nəyə lazımdır? İpoteka sisteminə və qiymətli kağızlar bazarına dəstək hansı nəticələrə gətirib çıxarıb?! Vəziyyəti pis olan banklara bilavasitə, niyə vaxtında dəstək göstərilmir? Birdən-birə eyni vaxtda nədən bir neçə bankla bağlı analoji addım atılır? Və bu yolla sektoru sağlamlaşdırmaq mümkündürmü?!
Yeri gəlmişkən, Prezidentİlham Əliyevin 2019-cu ilin yekunlarına dair keçirdiyi müşavirədə AMB sədri E. Rüstəmov bildirmişdi ki, ölkədə ümumi pul siyasətinin2018-ci ilin əvvəlindən başlanılan yumşaldılması, yəni uçot dərəcəsinin tədricən endirilməsi keçən il ərzində də davam etdirilib və ümumən,8dəfə bu məsələyə baxılaraq, bunun7-də faiz dərəcələri aşağı salınıb.
Xatırladım ki,2015-2016-cı illərdə ortaya çıxan böhran zamanı uçot dərəcəsi15faizə qaldırılmışdı. Hazırda7,25faizdir.
Bəs, banklar real sektoru niyə maliyyələşdirmir?
Səbəb bəllidir. Ona görə ki, bankların likvidlik, maliyyə resurslarına dair vəziyyətləri yaxşı deyil. AMB-nin uçot dərəcəsini aşağı salmaq siyasəti buna təsir etmir. Bankların maliyyə resursları sarıdan vəziyyətləri əhalinin əmanətləri ilə xarici maliyyə qurumlarından əldə edilən vəsaitlərdən asılı olduğundan, sektor qeyri-neft sferasını maliyyələşdirə bilmir. Bunun üçün AMB-in təklif etdiyi kredit resursları bankların maliyyə vəsaitlərinin gərək azı50-60faizdən çox hissəsini təşkil etsin.
Bu, belədirmi? Xeyr.
Bəli, qeyri-neft sektorunda risk səviyyəsi də yüksəkdir. Bankların qeyri-neft sektoruna tərəddüd etmədən kredit vermələri üçün müvafiq şərait olmalıdır ki, risk təkcə pul vəsaitləri az olduğu üçün mövcud deyil və iqtisadiyyatın bir sıra sahələrində də var. Odur ki, bankları biznes kreditlərinə meyl etmədiklərinə görə qınamaq olmur.
Real sektorda, yəni istehsalda və sairədə risk səviyyəsi ev təsərrüfatları ilə müqayisədə daha yüksəkdir. Əvvəla, sözügedən sferada cəlbedicilik aşağıdır, ikincisi isə biznes sektoruna verilən kreditlər əhaliyə veriləndən uzunmüddətli xarakter daşıyır. Uzunmüddətli dövr üçünsə iqtisadi şəraiti proqnozlaşdırmaq çətindir.
Buna görə də banklar istehlak kreditlərinə meyl edirlər.
İlk növbədə bax, məhz bu problem həllini tapmalıdır.
İkincisi... Bəli,30bankdan 2-nin lisenziyası alındı. Beləliklə də, bir gün öncə4banka inzibatçı təyin olunsa da, səhəri gün2-si bağlandı.Vəziyyətləri hələ illər öncədən gün kimi bəlli olan bu2bank üzrə cəmi bir sutka ərzində yeni daha hansı mətləblər aşkar edildiyi isə aydın olmadı.Yəni, sual yarandı ki, sözügedən banklar bağlanmalı idisə inzibatçı niyə təyin olunurdu və əgər təyin olunmuşdusa dərhal nədən bağlandılar?
Sözüm bunda deyil. Birmənalıdır ki,bank sektorunu sağlamlaşdırmaq üçün qeyri-likvid, depozitlər üzrə öhdəlikləri yerinə yetirə bilməyən, kapital çatışmazlığı ilə üzləşən bankları ləğv etmək lazımdır. Lakin indi ölkə iqtisadiyyatında yaranmış vəziyyətlə əlaqədar, dövlətin vətəndaşlara, iqtisadi subyektlərə ciddi maliyyə dəstəyi göstərdiyi mütləq şəkildə nəzərə alınmalıdır.
Yəni, iqtisadi aktivlik sıfır dərəcəsindədir.
Digər tərəfdən, bank sektorunu sağlamlaşdırmağın yolu təkcə bankları ləğv etmək və onların lisenziyasını əlindən almaq, sıradan çıxartmaqdan da ibarət deyil. Banklara dövlət və Mərkəzi Bank tərəfindən real dəstək lazımdır...
Bir daha xatırladıram, keçən il Prezident müdaxilə etməklə problemli kreditlər məsələsini yoluna qoydu və bu da bankları "süni nəfəs aparatından" ayırdı.
İndi doğrudanmı çıxış yolu "qılıncı ələ alaraq hamısını edam etmək" və məhz bu üsulla sektoru böhrandan çıxartmaqdır? Bəlkə bunu real sektorun və bazarın öhdəsinə buraxaq?! Yəni, sistemin iqtisadiyyatın real sektorunun maliyyələşdirməsinə tədricən, nail olmaqla...
İqtisadçı ekspertPərviz Heydərov
banner

Oxşar Xəbərlər