AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Banklar 100 manatlıq əsginasları pulla satacaq

Banklar 100 manatlıq əsginasları pulla satacaq

İqtisadiyyat
20 Fevral 2013, 13:09 1605
Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə bildirilib ki, aparılmış qiymətləndirmələr və monitorinqlərin nəticəsində ölkə ərazisində nağd pulla əməliyyatların səmərəliliyin artırılması, pul nişanlarının nominal strukturunun optimallaşdırılması, hesablaşmalarda nağd puldan istifadənin azaldılması və nağdsız ödəniş sistemlərindən istifadənin stimullaşdırılması məqsədilə fevralın 1-dən etibarən Mərkəzi Bank tərəfindən 100 manatlıq əsginasların nağd məxarici üzrə 0,3% tarif müəyyən olunub.

Qeyd etmək istərdik ki, son 7 il ərzində 100 manatlıq əsginasların tədavüldə xüsusi çəkisi 75%-ə çatıb, bu isə beynəlxalq təcrübədə qəbul edilmiş normadan yüksəkdir.

Tariflərin tətbiqi 100 manatlıq əsginasa tələbi azaltmaqla müvafiq əsginasın yükünün digər nominallı əsginasların üzərinə ötürülməsinə və bununla da tədavüldə nağd pulun strukturunun optimallaşdırılmasına təsir edə bilər. Belə ki, 100 manatlıq əsginasa tariflərin tətbiqi banklar tərəfindən tranzaksiyalarda digər əsginasların payını artıracaq ki, bu da əhalinin nağd pulun strukturuna olan tələbinin ödənilməsi zamanı adekvatlığı təmin edə bilər.