AZE | RUS | ENG |


Bank VTB filial şəbəkəsini konsolidasiya edir

Bank VTB filial şəbəkəsini konsolidasiya edir
2016-cı ilin sonunda bank VTB (Azərbaycan)-ın səhmdarları olan VTB (ASC) və "AtaHolding” ASC tərəfindən bankın 2017- 2019-cu illər üzrə yeni inkişaf strategiyası qəbul edilib. Korporativ bizneslə işin gücləndirilməsini nəzərdə tutan yeni üçillik inkişaf strategiyasına uyğun olaraq, bank VTB (Azərbaycan) filial şəbəkəsini konsolidasiya edir. Belə ki, müştəri xidmətləri bölmələrinin fəaliyyətinin optimallaşdırılması və gücləndirilməsi məqsədi ilə bir-birinə yaxın yerləşən filiallar birləşdirilib. Buna misal kimi, "Əhmədli” və "Həzi Aslanov” filiallarının "Neftçilər” filialına birləşdirilməsini göstərmək olar. Bank VTB (Azərbaycan) əvvəllər bankın əhatə etmədiyi və paytaxt əhalisinin daha sıx cəmləşdiyi yerlərdə bank xidmətlərini bərabər paylaşdırmaq məqsədi ilə yeni filialların açılmasına qərar verib. 2016-cı ildə bankın eyniadlı metro stansiyaları yaxınlığında "Gənclik” və "Elmlər” adlı iki yeni filialı açılıb. 

Filiallar şəbəkəsinin optimallaşdırılması bankın yeni korporativ strategiyasının tərkib hissəsidir və bank VTB (Azərbaycan)-ın müştəriləri qarşısında olan öhdəliklərinin icrasının keyfiyyətinə və xidmətlərin səviyyəsinə yalnız müsbət təsir göstərəcək. Hazırda baş ofis yanında Müştəri Xidmətləri İdarəsi, "Əcəmi”, "Sahil”, "Gəncə”, "Sumqayıt”, "Neftçilər”, "Elmlər” və "Gənclik” kimi filialları adi rejimdə çalışır və müştərilərə xidmət göstərməyə davam edir. 

Ötən il ərzində bankın korporativ biznesinin əldə etdiyi müsbət nəticələr bu prosesin effektiv və məqsədəuyğun olduğunu göstərib. 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7028
GBP 1 İngilis funt sterlinqi 2.1620
TRY 1 Türk lirəsi 0.4850
KWD 1 Küveyt dinarı 5.6049
SEK 1 İsveç kronu 0.1947
EUR 1 Avro 1.8999
CHF 1 İsveçrə frankı 1.7536
USD 1 ABŞ dolları 1.7022