Bank VTB (Azərbaycan) yeni xidmət tətbiq edib
Bank VTB (Azərbaycan) yeni xidmətini - növbənin onlayn bron edilməsi
sistemini tətbiq edib ki, bu da müştərilərə banka gəliş vaxtını internet
vasitəsi ilə qeydiyyatdan keçirməyə imkan verir. Onlayn bron vasitəsi ilə
müştərilər istənilən filialı seçərək, banka gəlmək üçün onlara rahat olan vaxtı
sifariş edə bilər.
Müştəri, növbəsini sifariş etmək üçün bankın saytında
http://vtb.az/personnel/Online-queue/ onlayn növbə səhifəsinə keçid alıb
oradakı linkdən qeydiyyatdan keçməlidir. Qeydiyyat zamanı müştəriyə filialı və
bankda istifadə etməyi planlaşdırdığı xidməti seçmək imkanı verilir. Müştəri
həmçinin tarixi və filiala gəlmək istədiyi vaxtı göstərməlidir.
Rezervasiya təsdiqləndikdən sonra müştərinin elektron ünvanına bron
haqqında məlumat, eləcə də xüsusi unikal kod qeyd olunduğu elektron məktub
daxil olur. Bu kod elektron növbə təyin olunmuş vaxtdan 15 dəqiqə tez və ya 15
dəqiqədən gec olmayaraq bankın filialında növbə terminalında qeyd edilməlidir.
Kodu daxil etdikdə müştəri nömrə alır və o, bu nömrədən istifadə etməklə
bankdakı xidmətdən növbədənkənar istifadə edə bilər. Yeni xidmət sayəsində
müştərilər istədikləri ofisə təyin etdikləri vaxtda müraciət etməklə öz
günlərini effektiv planlaşdıra bilər.