• cümə axşamı, 18 aprel, 20:37
  • Baku Bakı 21°C

Bank VTB (Azərbaycan) keçirdiyi aksiyanın qaliblərini müəyyən etdi

06.11.19 17:34 2133
Bank VTB (Azərbaycan) keçirdiyi aksiyanın qaliblərini müəyyən etdi
Bank VTB (Azərbaycan) nağdsız ödənişlər üzrə aksiyanın qaliblərini müəyyən edib. Aksiya müddətində VTB (Azərbaycan)-ın Mastercard ödəniş sisteminin kartı ilə daha çox nağdsız ödəniş həyata keçirən bankın 3 müştərisi aksiyanın qalibi olub. Belə ki, birinci yeri tutan aksiya iştirakçısı Bakı-Moskva-Bakı istiqamətində aviabilet qazanıb. İkinci yerin sahibinə paytaxtın məşhur restoranların birində şam yeməyi üçün sertifikat verilib. Üçüncü yerin sahibi isə bankın istənilən xidmətinə 125 manat məbləğində illik abunə qazanıb.
Bank VTB (Azərbaycan)-ın Mastercard ödəniş sisteminin kart istifadəçiləri üçün nəzərdə tutulan nağdsız əməliyyatlar üzrə xüsusi aksiya 2019-cu ilin iyul ayından sentyabr ayınadək keçirilirdi. Aksiyanın şərtlərinə əsasən, VTB (Azərbaycan) kartı vasitəsilə 20 manat məbləğindən başlayaraq ən azı 3 nağdsız ödəniş həyata keçirən müştərilər qiymətli hədiyyələr qazanmaq şansı əldə edirdi.
banner

Oxşar Xəbərlər