• cümə, 19 Aprel, 09:38
  • Baku Bakı 13°C

Bank VTB (Azərbaycan)-ın idarə heyətində yeni üzv

12.10.17 15:05 1716
Bank VTB (Azərbaycan)-ın idarə heyətində yeni üzv
Bank VTB (Azərbaycan)-ın idarə heyətinə yeni üzv təyinatı gerçəkləşib.
Bankın mətbuat xidmətindən Kaspi.az-a verilən məlumatda bildirilir ki, idarə heyətinin yeni üzvü bankın maliyyə departamentinin müdiri Roman Rudakovdur. Roman Rudakov Belqorod Dövlət Universitetini, eləcə də Moskva Dövlət polad və ərintilər institutunu bitirib.
Bank sahəsində böyük təcrübəyə malikdir. O, Rusiyanın "Uralsib”, "PromServisBank”, "Bank Aleksandrovski” və digər banklarında rəhbər vəzifələrdə çalışıb. 2017-ci ildən bank VTB (Azərbaycan)-ın maliyyə departamentinə rəhbərlik edir.
banner

Oxşar Xəbərlər