• cümə, 29 Mart, 16:51
  • Baku Bakı 14°C

Bank VTB (Azərbaycan)-ın “Gənclik” filialı “Formula-1” yarışları müddətində şənbə-bazar da işləyəcək

22.06.17 16:21 1249
Bank VTB (Azərbaycan)-ın “Gənclik” filialı “Formula-1” yarışları müddətində şənbə-bazar da işləyəcək
23-25 iyun 2017-ci il tarixində Bakıda keçiriləcək "Formula-1 Azərbaycan Qran Pri” yarışı ilə əlaqədar olaraq bank VTB (Azərbaycan)-ın "Gənclik” filialı həftəsonu da işləyəcək. Şənbə və bazar günləri, yəni 24 və 25 iyunda filial saat 10.00-dan 18.00-dək fəaliyyət göstərəcək.

Filial müştərilərə bankın bütün xidmətlərini, o cümlədən valyuta mübadiləsi əməliyyatları, təcili pul köçürmə sistemi üzrə vəsaitin ödənilməsi və göndərilməsi, mədaxil əməliyyatları, hesabların açılması, plastik kartların sifarişi və verilməsi, ödəmə tapşırıqlarının qəbulu, hesablar üzrə çıxarışların verilməsi, məsləhət xidmətlərini göstərməyə davam edəcək.

Gücləndirilmiş iş qrafikinə keçid müştərilərin, o cümlədən Qran Pri avtomobil yarışları zamanı şəhərdəki qonaqların maksimal komfortu və rahatlığını təmin etmək məqsədi ilə nəzərdə tutulub.

"Gənclik” filialı eyniadlı metrostansiyanın çıxışında, M.K.Atatürk pr-ti 2 («Ganjlik Mall» TM ilə üzbəüz) ünvanında yerləşir.
Arayış üçün:
Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və "AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir.
banner

Oxşar Xəbərlər