Bank VTB (Azərbaycan) Beynəlxalq maliyyə hesabatları standartları üzrə 2016-cı ilin nəticələrini elan edib
Rusiyanın
ikinci böyük bankı olan bank VTB (aktivləri 221 mlrd. dollar, 2016-cı il üzrə xalis
mənfəəti - 915 mln. dollar) Qrupuna daxil olan VTB (Azərbaycan)
BMHS standartları üzrə ötən ilə olan hesabatını dərc edib. Belə ki, 2016-cu
ilin yekunları üzrə bank VTB (Azərbaycan)-ın məcmu aktivləri 271,6 mln. manat,
o cümlədən kredit portfeli 195 mln. manat təşkil edib. Bankın passivləri maliyyə
institutları tərəfindən verilmiş vəsaitlər, həmçinin fiziki və hüquqi şəxslərin
hesablarındakı vəsaitlərinin qalığı hesabına formalaşıb.
Birinci və
ikinci dərəcəli kapitalının adekvatlıq əmsalı 2016-ci ildə 5% və 10%-lik normativə
qarşı müvafiq olaraq 25,6% və 35,1% təşkil edib. 2016-ci ildə inkişaf
strategiyası çərçivəsində banka səhmdarları tərəfindən əlavə vəsait ayrılıb.
Hazırda bankda 2017-2019-cu iilər üzrə strategiya
reallaşır. Kreditləşmə ilə yanaşı, bankın əsas fəaliyyət istiqaməti müasir informasiya
texnologiyalarından istifadə edərək tranzaksiya biznesinin inkişafıdır. Bu səbəbdən
korporativ biznesin prioritetlərindən biri Rusiya və Azərbaycan biznesləri
arasında aparılan hesablaşmalarda bankın fəal iştirak etməsidir. Bank tərəfindən
müasir informasiya texnologiyalarının tətbiqi həmçinin əhalinin maliyyə xidmətlərindən
daha rahat istifadəsinin təmin edilməsinə yönəlib.
Strategiyada qoyulan məqsədlərə çatmaq üçün bankın
kapitalının gələcəkdə də artırılması nəzərdə tutulurr. Hazırda qrupun
korporativ prosedurları çərçivəsində müvafiq işlər həyata keçirilir.
2016-cı ildə bu strategiyanın reallaşması məqsədi
ilə bank, qrupun prioritetlərini nəzərə alaraq müasir iqtisadi şəraitdə çalışan
yeni komanda formalaşdırıb.
Yeni layihələrin reallaşması ilə yanaşı bank fiziki
və hüquqi şəxslərin öhdəliklərinin restrukturizasiyası üzrə işini davam
etdirib. VTB (Azərbaycan) borcu olan müştəriləri üçün müasir şərtlərə uyğun
müvafiq təkliflər hazırlayaraq təqdim edib.