• cümə, 29 Mart, 02:31
  • Baku Bakı 7°C

Bank sektorunun balans kapitalı 2 mlrd. manatı ötüb

17.03.17 20:30 762
Bank sektorunun balans kapitalı 2 mlrd. manatı ötüb
Azərbaycanda fəaliyyət göstərən 32 bankın 31 yanvar 2017-ci il tarixinə cəmi aktivləri 32 mlrd. 407,1 mln. manat, cəmi öhdəlikləri 30 mlrd. 347,5 mln. manat təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) "APA-Economics"ə verilən məlumata görə, sektorun balans kapitalı 2 mlrd. 59,6 mln. manatdır. İlin əvvəlinə bu göstərici 1 mlrd. 908,8 mln. manat olub. Beləliklə, sektorun balans kapitalı 7,9% və ya 150,8 mln. manat artıb.

Əhalinin əmanətləri 7 mlrd. 691,3 mln. manat həcmindədir.

Bankların filiallarının sayı 569, şöbələrinin sayı 132, ATM-lərin sayı 2468-dir. Bütövlükdə, bank sektorunun işçi heyəti 16 928 nəfər təşkil edir. İlin əvvəlinə sektorun işçi heyətinin 16 947 nəfər olduğunu nəzərə alsaq, 19 nəfərin sektoru tərk etdiyi məlum olur.
banner

Oxşar Xəbərlər