• çərşənbə, 24 Aprel, 11:35
  • Baku Bakı 13°C

Balaxanı-Binəqədi avtomobil yolunun bir hissəsi 4 gün bağlı olacaq

14.08.17 19:15 1182
Balaxanı-Binəqədi avtomobil yolunun bir hissəsi 4 gün bağlı olacaq
SabahdanBinəqədi rayonunda Balaxanı-Binəqədi avtomobil yolunun kəsişməsindən Mehdiabad-Digah yolunun kəsişməsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
"Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, bu, aparılacaq təmir işləri ilə əlaqədar olaraq, tətbiq ediləcək.
"Sözügedən avtomobil yolunda məhdudlaşdırma təmir işləri bitənədək,yəni 4 gün, avqust ayının 19-na kimi qüvvədə olacaq. Sürücülərdən alternativ yol kimi Zabrat-Məhəmmədi-Pirşağı avtomobil yolundan istifadə tövsiyə edilir", - deyə məlumatda əlavə olunub.
banner

Oxşar Xəbərlər