• cümə, 29 Mart, 06:04
  • Baku Bakı 5°C

Balakəndə multikulturalizmlə bağlı tədbir keçirilib

17.05.16 17:34 1012
Balakəndə multikulturalizmlə bağlı tədbir keçirilib
Bu gün Balakən şəhərində Gənclər evində "Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə "Azərbaycan xalqının multikultural və tolerant dəyərlərinin cəmiyyətdə təbliği” adlı növbəti tədbirini keçirib. Birlikdən verilən məlumata görə, tədbirin əhəmiyyəti barədə danışan təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, mədəniyyətlərin və dinlərin ənənəvi uğurlu siyasəti nəticəsində Azərbaycan həmişə müxtəlif millətlərinin nümayəndələrinin mədəniyyətləri və dinlərinin inteqrasiya məkanına çevrilib: "Müsəlman, xristian və yəhudi əhalisinin nümayəndələri arasındakı tolerant və dostluq münasibətləri Azərbaycan xalqının humanistlik ruhuna xarakterik olub. Prezidenti İlham Əliyev tərəfindən 2016-cı il "Multikulturalizim ili” elan edilməsi də Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasına ən böyük xidmət kimi qəbul olunmalıdır”. Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli ilk olaraq, Balakən şəhidlərinin timsalında bütün Vətən şəhidlərini rəhmətlə anıb. O bidirib ki, Azərbaycanda milli- mənəvi dəyərlərin həqiqi təəssübkeşi Azərbaycan dövlətidir: "Qarabağ müharibəsində ölkəmizin vətəndaşları olan digər dinlər və millətlərin nümayəndələrinin Azərbaycan adına qəhramancasına şəhid olması faktı bunu sübut edir ki, ölkəmizdə birlik və bərabərlik qırılmaz tellərlə bağlıdır. Ancaq bunu açıq söyləməliyəm ki, dövlətin uğurlu tolerant siyasətindən sui- istifadə edən bəzi milli dönüklər, xain təkfirçi vətəndaşlarımız da var. Biz hamılıqla belə zərərli qüvvələrin vaxtında ifşası üçün dövlətin yanında olmağa imanımızla borcluyuq”. C.Əzimbəyli xüsusilə gənclərin yad və zərərli təsirlərdən qorunması üçün hər bir ailədə, eləcə də məktəblərdə maarifləndirmə işinin sistemli şəkildə aparılmasının zəruri olduğunu bildirib. Tədbirdə Balakən şəhəri İcra Hakimiyyətinin əməkdaşı Fariz Nəcəbov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbə müdiri Mehman İsmayılov və QMİ –nin Zaqatala -Balakən bölgə qazisi Hacı İbrahim İbrahimov mövzu ətrafında çıxış ediblər. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri və çoxlu sayda fəal gənclər iştirak edib.


banner

Oxşar Xəbərlər