Balacaların böyük texnika sevgisi- Reportaj
"Mən
Hüseynli Həsən. 4-cü sinifdə oxuyuram. Bütün qiymətlərim əladır. Böyüyəndə mühəndis
olmaq istəyirəm. Robot texnologiyalarını öyrənməkdə məqsədim gələcəkdə böyük
texnoloji biliklərə malik olmaqdır”.
"Mən Yusif Mustafazadə. "Robotiks”i çox sevirəm. Gələcəkdə həkim olacağam. Düşünürəm ki, seçdiyim peşədə "Robotiks”də öyrəndiklərim köməyimə çatacaq”.
Tədbirdə
çıxış edən "Kaspi” Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva bildirdi ki, liseylərində
tədris zamanı şagirdlərə müxtəlif biliklərin, o cümlədən mühəndislik biliklərinin
verilməsinə, müasir dünyadakı çağdaş trendlərlə ayaqlaşa bilən vətəndaş
yetişdirilməsinə böyük önəm verilir: ""Kaspi” liseylərinin əsas üstünlüyü odur ki,
burada milli ruhda böyüyən gənclər həm də texniki inkişafından bəhrələnərək,
dünyanın ən qabaqcıl məktəblərində təhsil alan yaşıdları ilə rəqabətə davamlı
böyüsünlər. Hazırda dünyanın ən vacib tələblərindən biri budur. Ona görə biz AREA-nın
təklifindən bəhrələnərək bu dərnəyi təşkil etdik. Bir ilə yaxındır ki, bu dərnək
fəaliyyət göstərir. Fəaliyyəti isə göz qarşısındadır. Bizim şagirdlərin bir neçəsi
Rumıniyada keçirilən robot dərnəyinin üzvlərinin yarışında gümüş və bürünc
medalla qayıtdılar. Bu dəfə daha yaxşı nəticə gözləyirik. Ümumiyyətlə, bu, tək
bizim şagirdlərin deyil, onların müəllimlərinin, AREA-nin birgə işinin nəticəsidir”.
Açılış
hissəsindən sonra yarış başladı. "Porshe”,
"Dujba”, "Robobrains” və "Nindzyaqo” komandalarına bölünən uşaqlar qalibiyyət
uğrunda mübarizəyə başladılar. Bu, digər yarışlardan fərqli idi. Çünki
balaca boyları olan bu şagirdlərin böyük ideyaları, fikirləri olduğu açıq-aydın
müşahidə edilirdi. Biz robot texnologiyalara marağı, bu sahədə işlər görməyə həvəsi
adətən böyüklərdə görmüşdük. Amma burada artıq həmin tendensiyanı unutduq desəm,
yanılmaram. Artıq onlar bu sahəyə maraqda heç də böyüklərdən geri qalmırlar.
Leyla
Mikayılova deyir ki, oğlu indi maraqlandığı sahədə özünü inkişaf etdirsə, bu,
onun gələcəyi üçün çox əhəmiyyətli bir seçim olacaq: "Düzü, birinci başlayanda
düşünmürdüm ki, bu qədər maraqlı olacaq. Bundan əvvəl bir dəfə də yarış
olmuşdu, aktivliyi xoşuma gəlmişdi. Amma bu yarışda daha çox irəliləyiş müşahidə
etdim. Uşaqlar daha sərbəst işləyə, düzəltdiklərini həvəslə işlədə bilirlər.
Əminəm ki bu bacarıqlar gələcək həyatlarında onlara lazım olacaq”.
Düzdür, uşaqların yarışında qalib və ya məğlub olmaq o qədər də əhəmiyyətli olmaya bilər. Çünki az yaşda belə texnikalarla işləməyin özü belə, artıq bir qalibiyyət hesab oluna bilər. Amma istənilən halda, nəticələri də qeyd edək. 1-ci yerdə "Porshe” (1230 xal) komandası qərarlaşdı. 2-ci yerə "Drujba” (1130), 3-cü yerə isə "Robobrains” (920) komandası layiq görüldü. 4-cü yer isə "Nindzyaqo” (640 bal) komandasına qismət oldu.
Aygün Asimqızı
"Mən Yusif Mustafazadə. "Robotiks”i çox sevirəm. Gələcəkdə həkim olacağam. Düşünürəm ki, seçdiyim peşədə "Robotiks”də öyrəndiklərim köməyimə çatacaq”.
Bu
fikirlər "Kaspi” liseyləri və AREA-nın (Azərbaycan Robotexnika Mühəndisliyi
Akademiyası) birgə təşkilatçılığı ilə "Kaspi” liseylərinin şagirdləri arasında
keçirilən robot yarışmasının iştirakçısı olan balaca şagirdlərə məxsusdur. Demək
olar ki, digər şagirdlər də özlərini bu kimi fərqli təqdim edərək yarışa
qatıldılar.
Şagirdlərin hazırladıqları robotlar...
İlk
olaraq elə yarışdan, onun keçirilmə məqsədindən danışaq. Tədbirin girişində
bildirildi ki, yarışın keçirilməsində əsas məqsəd 2016-2017-ci il tədris ilindən
başlayaraq "Kaspi” liseylərində fəaliyyət göstərən "Robotiks” dərnəyində
iştirak edən şagirdlərin ötən il ərzində öyrəndiklərini praktiki şəkildə
nümayiş etdirməkdir. Qeyd olundu ki, xarici mütəxəssislərin iştirakı ilə
hazırlanan dərs proqramına əsaslanan "Robotiks” dərnəyində iştirak edən lisey
şagirdləri mühəndislik barədə ilkin təsəvvürlər almaqdan başlayaraq öz əlləri
ilə müxtəlif kiçik həcmli mühərriklər, günəş və enerji sistemləri, habelə müxtəlif
fəaliyyətlərdə istifadə edilə bilən robotlar hazırlayırlar. Yarışda "Kaspi”
liseylərinin şagirdləri məhz özləri tərəfindən hazırlanan robot və qurğuları
sınaqdan keçirəcəklər.
"Bu tək şagirdlərin deyil, onların müəllimlərinin
AREA-nin birgə işinin uğurudur”
S.Vəliyeva
çıxışının sonunda yarış iştirakçılarını və onların müəllimlərini təbrik etdi, uşaqlara
uğurlar arzuladı.
"İndikilərdən fərqli, qəribə robotlar yaratmaq istəyirəm”
Oyunlar
gedə-gedə iştirakçılardan biri olan 8 yaşlı Rəsul Mikayılovla həmsöhbət olduq.
O bildirdi ki, robotları hazırlamaq onun üçün çox maraqlıdır: "Robotlara, yeni
texnikalara özüm maraqlıydım. Bu sahəyə valideynlərim istiqamətləndiriblər deyə,
gəlməmişəm. Dünyada yeni robotların yarandığını tez-tez görürük, bu, mənim üçün
də maraqlıdır. Mən də indikilərdən fərqli, qəribə robotlar yaratmaq istəyirəm.
Düzdür, robot yaratmaq çətindir, amma xoşum gəldiyi üçün davam etmək istəyirəm”.
"Oğlumun belə perspektivli bir sahəni seçməsini istəyərəm”
Uşaqlara
dəstək olmaq üçün valideynləri də yarışa qatılmışdılar. Heç onlardan xüsusi
qalibiyyət də gözləmirdilər. Əsas olan kiçik yaşda belə bir sahəyə maraq göstərməkdir
deyirdilər. Onlardan bir neçəsi ilə söhbətləşdik. Valideynlər övladlarının gələcəyi
üçün belə bir sahəyə istiqamətlənməsinin tərəfdarı olduqlarını bildirirlər.
Dinara Dostmamedovanın oğlu Ələkbər Rəhmanov 2-ci sinifdə oxuyur. Deyir ki,
uşaq rotbotlara özü maraqlı olduğu üçün onlar da dərnəyə yazdırıblar: "Uşağın
marağı nəyədirsə, ora istiqamətləndirməyə çalışırıq. Robotexnikaya maraqlı
olduğunu gördük, düşündük ki, bu sahədə özünü inkişaf etdirsin. Uşaq özü də
normal, aktivdir, robotlara çox maraq göstərir. Ana olaraq da oğlumun gələcəkdə
belə perspektivli bir sahəni seçməsini istəyərəm. Amma təbii ki onu zaman göstərəcək”.
"Bu yarışda daha çox irəliləyiş müşahidə etdim”
Düzdür, uşaqların yarışında qalib və ya məğlub olmaq o qədər də əhəmiyyətli olmaya bilər. Çünki az yaşda belə texnikalarla işləməyin özü belə, artıq bir qalibiyyət hesab oluna bilər. Amma istənilən halda, nəticələri də qeyd edək. 1-ci yerdə "Porshe” (1230 xal) komandası qərarlaşdı. 2-ci yerə "Drujba” (1130), 3-cü yerə isə "Robobrains” (920) komandası layiq görüldü. 4-cü yer isə "Nindzyaqo” (640 bal) komandasına qismət oldu.
Aygün Asimqızı