• çərşənbə axşamı, 16 aprel, 09:25
  • Baku Bakı 14°C

Bakıya yeni atraksionlar gətiriləcək

13.11.19 17:00 1753
Bakıya yeni atraksionlar gətiriləcək
Dənizkənarı Bulvar ərazisində yeni atraksionlar quraşdırılacaq.
Bu barədə Trend-ə Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı bildirib. Onun sözlərinə görə, yeni atraksionlar yaxın vaxtlarda ölkəyə gətiriləcək:
"Bununla bağlı qarşı tərəflə danışıqlar aparılır, yaxın vaxtlarda yeni atraksionları Bulvar ərazisində görmək mümkün olacaq. Nə cür olacaqları və hansı ölkədən gələcəyi barədə detallar atraksionlar gətiriləndən sonra ictimaiyyətə bildiriləcək".
banner

Oxşar Xəbərlər