AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bakının Puşkin küçəsi bağlandı

Bakının Puşkin küçəsi bağlandı

Təfsilat
24 Dekabr 2012, 09:01 4285
Bakının mərkəzi yollarından biri bağlanıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumata görə, Səbail rayonu ərazisində, Puşkin küçəsində nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb.

Yol polisindən bildirilib ki, Puşkin küçəsindən Neftçilər prospektinə doğru nəqliyyatın hərəkəti qeyri-müəyyən vaxtadək məhdudlaşdırılıb. Səbəb isə Azadlıq meydanında yeraltı avtomobil dayanacağının tikilməsi və dayanacağın Puşkin küçəsi ilə birləşdirilməsidir.

Yol polisi sürücülərdən alternativ yollardan istifadə etməyi xahiş edir.