• çərşənbə axşamı, 23 aprel, 20:45
  • Baku Bakı 20°C

Bakının daha bir rayonunda “ingilis layihəsi”nin tətbiqinə başlanıb

03.03.21 12:51 363
Bakının daha bir rayonunda “ingilis layihəsi”nin tətbiqinə başlanıb
2019-cu ilin iyul ayından Bakı Şəhər Mənzil Kommunal TəsərrüfatıDepartamenti və Böyük Britaniyanın "Mott MacDonald" şirkəti ilə birgə paytaxtın Nərimanov rayonunda həyata keçirilən bərk məişət tullantılarınınyığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi ilə bağlı pilot layihənin növbəti mərhələsi başlayıb.
Bakı Şəhər İcra HakimiyyətindənAPA-ya verilən xəbərə görə, mart ayının 1-dən paytaxtın Nizami rayonu da bu layihəyə qoşulub.
İşlərə hazırlıq ərəfəsində Nizami rayonunda 380 ədəd konteynermeydançası yaradılib, bura 2 rəngdə - yaşıl və narıncı rəngli yeni, müasir konteynerlər quraşdırılıb. Rayonda əhali arasında maarifləndirmə işləriaparılır. Sakinlərin rahatlığı üçün hər mənzilə yaşıl və narıncı rəngli çeşidləyici paketlər və izahedici bukletlər paylanılıb, bloklara, həyətlərə,binalara maarifləndirici posterlər yapışdırılıb.
İlkin mərhələdə Bakı Şəhər və Nizami Rayon İcra Hakimiyyətlərininəməkdaşları, bələdiyyə, təsərrüfat xidmətləri, gənclər və "Regional İnkişaf”İctimai Birliyinin könüllüləri təbliğat və izahetmə işlərində yaxından iştirak edirlər.
Hazırlıq işləri çərçivəsində Nizami rayonunun kommunal xidmətəməkdaşları Nərimanov rayonunda bu layihənin uğurlu tətbiqinintəcrübəsini yaxından öyrənib, kommunal təsərrüfatı işçiləri və könüllülərmüvafiq qaydada təlimatlandırılıblar.
Görülən tədbirlərin nəticəsi kimi yeni layihənin Nizami rayonundatətbiqinin ilk günlərindən müsbət nəticələr əldə edilib. Belə ki, əgərNərimanov rayonunda layihənin tətbiqinin ilk günündə çeşidlənmiş tullantının həcmi bir gündə 4 ton, sonradan isə tədricən 6 və 8 tonolmuşdusa, Nizami rayonunda ilk gündə 12 ton çeşidlənmiş tullantı yığılaraq yığım məntəqəsinə təhvil verilib. Bu da ilk növbədə, Nərimanovrayonunda əldə edilən təcrübə, həmçinin könüllülərin, kommunal xidmət əməkdaşlarının sakinlər arasında apardığı düzgün maarifləndirmə işlərininnəticəsidir.

banner

Oxşar Xəbərlər