AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bakının “Avro-2020”yə ev sahibliyi edəcəyi təsdiqləndi

Bakının “Avro-2020”yə ev sahibliyi edəcəyi təsdiqləndi

İdman
17 İyun 2020, 19:22 761
Futbol üzrə növbəti Avropa çempionatına ev sahibliyi edəcək şəhərlər təsdiqlənib. Trend-in məlumatına görə, bu barədə UEFA-nın iyunun 17-də təşkil olunan İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub.
Belə ki, UEFA qitə çempionatının 12 ölkədə keçirilməsi ilə bağlı qərarını dəyişməyib. Çempionata Bakı, Sankt-Peterburq, London, Münxen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi edəcək.
Qeyd edək ki, pandemiyaya görə növbəti ilə təxirə salınan turnirin "A” qrupunun İsveçrə-Uels, Türkiyə-Uels və Türkiyə-İsveçrə oyunlarına, həmçinin dörddəbir final mərhələsinin bir matçına Bakı Olimpiya Stadionu ev sahibliyi edəcək. İsveçrə-Uels oyunu iyunun 12-də, Türkiyə-Uels qarşılaşması ayın 16-da, Türkiyə-İsveçrə matçı isə dörd gün sonra təşkil olunacaq. Bakıda baş tutacaq dörddəbir final mərhələsinin bir görüşü isə iyulun 3-də keçiriləcək.

Qeyd edək ki, "Avro-2020” gələn il iyunun 11-dən iyulun 11-dək keçiriləcək.