• cümə axşamı, 28 mart, 13:38
  • Baku Bakı 16°C

Bakının atmosfer havasında tozun miqdarı normadan 52% çoxdur

23.08.17 19:13 1018
Bakının atmosfer havasında tozun miqdarı normadan 52% çoxdur
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə MilliMonitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidəolunan toz dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan biratmosfer havasında müşahidələr aparır.

Nazirliyin mətbuat xidmətindənAPA-ya verilən xəbərə görə, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinqstansiyalarından alınan məlumata əsasən bu gün Bakıvə Abşeron yarımadasında tozun miqdarının saat 18:00-da bir qədər dəartaraq sanitar normadan 52 faiz yuxarı olduğu qeydə alınıb.

Xatırladaq ki, atmosfer havasında tozun miqdarı saat 09:00-da 20faiz, saat 12:00-da 32 faiz, saat 15:00-da isə 40 faiz sanitar normadanyuxarı olub.
banner

Oxşar Xəbərlər